SON XƏBƏRLƏR

Müxtəlif şəhərlərdə öldürülən daha beş türk və türkmən etirazçının kimliyi məlum oldu

2026.01.25, 23:02
Müxtəlif şəhərlərdə öldürülən daha beş türk və türkmən etirazçının kimliyi məlum oldu

Gunaz.tv

Xalq etirazlarının zorakılıqla yatırılmasının davam etdiyi bir vaxtda, 18 və 19 yanvar 2026-cı il tarixlərində Cənubi Azərbaycan və türkmən bölgələrində azı beş etirazçı İran hakimiyyətinin repressiv qüvvələrinin açdığı hərbi güllə və ya ağır zorakılıq nəticəsində həyatını itirib.

Daxil olan məlumatlara görə, Möhsən İbrahimzadə, 35 yaşlı, fitnes zalının sahibi və Save şəhərinin sakini, 19 yanvar 2026-cı il axşamı xalq etirazları zamanı hakimiyyət qüvvələrinin açdığı atəş nəticəsində öldürülüb.

Həmçinin Məhəmməd Mirzayi, Sari şəhərinin sakini və bina təsisatları sahəsində çalışan fəhlə, 18 yanvar tarixində bu şəhərin Saat meydanı yaxınlığında İran hakimiyyətinə bağlı qüvvələrin açdığı birbaşa hərbi güllə ilə öldürülüb. Məlumata görə, güllə onun qarın nahiyəsinə dəyib.

Tehranda isə Mehin Mərhəməti, tələbə və türkmən əsilli, 18 yanvar tarixində hakimiyyətin repressiv qüvvələrinin açdığı hərbi atəş nəticəsində həyatını itirib. O, Tehran sakini olub və türkmən idi.

Gülüstan vilayətində, Kələle şəhərinin sakini olan türkmən Yavər Sədi, 18 yanvar 2026-cı il etirazları zamanı hakimiyyət qüvvələrinin baş nahiyəsinə endirdiyi ağır zərbələr nəticəsində öldürülüb.

Eyni zamanda, Əmirəli Pərvizi, Şimali Xorasan vilayətinin Cərgəlan kəndindən olan türkmən gənc, 18 yanvar tarixində Tehranda keçirilən etirazlar zamanı hakimiyyət qüvvələrinin açdığı birbaşa atəş nəticəsində öldürülüb.

Bu məlumatlar İran hakimiyyətinin son etirazlar zamanı etiraz edən insanlara qarşı geniş şəkildə hərbi silahlardan və ağır zorakılıqdan istifadə etdiyini bir daha göstərir.

GünazTV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar