SON XƏBƏRLƏR

Xamenei: Amerikanın İrana qarşı istənilən təcavüzü regional münaqişəyə çevriləcək

2026.02.01, 13:56
Xamenei: Amerikanın İrana qarşı istənilən təcavüzü regional münaqişəyə çevriləcək

Amerikanın İrana qarşı hərbi təcavüzü yalnız iki ölkə arasında müharibə ilə məhdudlaşmayacaq, regional miqyaslı genişmiqyaslı münaqişəyə çevriləcək.

Gunaz.tv

Bu barədə İran İslam Respublikasının ali rəhbəri Əli Xamenei bəyan edib.

“Amerikalılar bilməlidirlər, əgər onlar müharibəyə başlasalar, bu dəfə bu müharibə regional səviyyədə olacaq”. - o bildirib.

O əlavə edib ki, İran xalqı Amerika prezidenti Donald Trampın Yaxın Şərqə böyük həcmdə silah göndərilməsi ilə bağlı bəyanatlarından qorxmamalıdır. “Biz müharibələrə başlamırıq və heç bir ölkəyə hücum etmək niyyətində deyilik. Lakin İrana hücum edən və zərər yetirən hər kəsə İran xalqı sərt cavab verəcək”, – deyə İran lideri vurğulayıb.

Qeyd edək ki, yanvarın 26-da prezident Tramp “nəhəng bir armadanın” İran istiqamətində hərəkət etdiyini bəyan edib. O, Tehranın danışıqlar masasına əyləşəcəyinə və nüvə silahından tam imtinanı nəzərdə tutan “ədalətli və bərabərhüquqlu” saziş imzalayacağına ümid etdiyini bildirib. 

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar