SON XƏBƏRLƏR

Tehranda Rusiya-İranın hökumətlərarası komissiyasının iclası keçiriləcək

2026.02.03, 11:11
Tehranda Rusiya-İranın hökumətlərarası komissiyasının iclası keçiriləcək

Amerika və müttəfiqlərinin İrana bütün təhdidlərinə baxmayaraq, Tehranda Rusiya-İran hökumətlərarası komissiyasının iclasına hazırlıq görülür.

Gunaz.tv

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Hazırda Amerikanın, İsrailin və Qərb ölkələrinin Tehrana davam edən təhdid və şantajına baxmayaraq, ikitərəfli ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə komissiyamızın növbəti iclasının İranın paytaxtında keçirilməsinə intensiv hazırlıq gedir", - məlumatda qeyd edilib.

Qurum vurğulayıb ki, İran ərazisinə yeni hərbi zərbələr endirmək təhdidləri qəbuledilməzdir.

"2025-ci ilin iyun ayında İrana təcavüzün təkrarı üçün iğtişaşlardan bəhanə kimi istifadə imkanını nəzərdən keçirənlər bu cür addımların Yaxın və Orta Şərqdə, həmçinin qlobal beynəlxalq təhlükəsizlik üçün mənfi nəticələrini dərk etməlidirlər", - Rusiya XİN-in məlumatında deyilir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar