SON XƏBƏRLƏR

Tehranda Birgə Qərargah binasının içərisində yanğın baş verib

2026.02.07, 11:34
Tehranda Birgə Qərargah binasının içərisində yanğın baş verib

İran ordusu cümə axşamı Birgə Qərargah binasının içərisindəki dülgərlik emalatxanasında "elektrik nasazlığı" səbəbindən yanğın baş verdiyini bildirib.

Gunaz.tv

Tehran Yanğından Mühafizə İdarəsinin sözçüsü əvvəlcə Mehr Xəbər Agentliyinə hadisənin hərbi obyektin içərisində baş verdiyini qeyd etmədən, Qodusi küçəsində bir dülgərlik emalatxanasının yanğına səbəb olduğunu və yanğının yanğınsöndürənlər tərəfindən söndürüldüyünü qeyd edib. O, hadisə nəticəsində heç kimin xəsarət almadığını bildirib.

Digər tərəfdən, "Vəhid Online" Telegram kanalı şahidlərə istinadən xəbər verir ki, Birgə Qərargah binasının içərisində partlayış səsi eşidilib.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar