SON XƏBƏRLƏR

KİV: Amerika İsrailin İrana mümkün zərbələrini dəstəkləməyə hazırdır

2026.02.16, 11:13
KİV: Amerika İsrailin İrana mümkün zərbələrini dəstəkləməyə hazırdır

Amerika administrasiyası Tehranın nüvə proqramı ilə bağlı danışıqlar uğursuz olacağı təqdirdə İsrailə İrana zərbələrini dəstəkləyəcəyi ilə bağlı zəmanət verib.

Gunaz.tv

Bu barədə “CBS News” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Amerika prezidenti Donald Tramp bu mövqeyini 2025-ci ilin dekabr ayının sonlarında İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı bildirib.

“CBS News”un məlumatına görə, Pentaqon və Amerika kəşfiyyatının yüksək vəzifəli rəsmiləri İsrailin İrana qarşı yeni zərbələrini dəstəkləmək imkanlarını müzakirə edirlər.

Qeyd olunur ki, Amerika administrasiyası daxilində gedən müzakirələr əsasən Amerikanın necə kömək edə biləcəyi, o cümlədən İsrail təyyarələrini yanacaqla təmin etmək və onların üçüncü tərəf ölkələri üzərindən uçması üçün icazə almaqla bağlı aparılır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar