SON XƏBƏRLƏR

ABŞ senatoru: İran liderinin yeganə razılaşması hakimiyyətdən getməkdir

2026.02.19, 13:10
ABŞ senatoru: İran liderinin yeganə razılaşması hakimiyyətdən getməkdir

ABŞ senatoru Ted Kruz bildirib ki, İranın lideri Əli Xamenei üçün yeganə mümkün razılaşma onun hakimiyyətdən ayrılmasıdır.

Gunaz.tv

Kruz “Fox News” televiziyasına müsahibəsində deyib: “Onun rejimi dağılmaq üzrədir. O, sistemi yenidən qurmaq üçün vaxt istəyir. Məncə, prezident Donald Tramp buna yol verməyəcək. Məncə, ayətullahın edə biləcəyi yeganə şey, 'Mən buradan gedirəm. Mənə icazə verin ki, gedim. Mənə icazə verin ki, Rusiya və ya başqa bir yerə gedim.’ deməkdir.”

Senator Kruz həmçinin bildirib ki, Tehran və Vaşinqton arasında aparılan danışıqların nəticəsi barədə şübhələri var və o, danışıqların heç bir nəticə verməyəcəyinə inandığını qeyd edib.

O əlavə edib ki, “nüvə proqramı ilə bağlı heç bir razılaşma əldə olunmayacaq” və İranın daimi yoxlamalara razı olmayacağını deyib.

O əlavə edib ki, ABŞ öz milli təhlükəsizliyinə sadiqdir, lakin İranın torpağını işğal etməklə bağlı heç bir plan yoxdur və yüz minlərlə amerikalı əsgərin İran ərazisinə yeridilməsi nəzərdə tutulmur.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar