SON XƏBƏRLƏR

New York Times: Yüzlərlə ABŞ əsgəri Qətər və Bəhreyn bazalarından təxliyə edilib

2026.02.21, 11:26
New York Times: Yüzlərlə ABŞ əsgəri Qətər və Bəhreyn bazalarından təxliyə edilib

"The New York" Times qəzeti Yüzlərlə ABŞ əsgərinin Qətər və Bəhreyndəki bazalardan təxliyə edildiyinə dair xəbər yayıb.

Gunaz.tv

Əl-Udeyd Yaxın Şərqdəki ən böyük ABŞ hərbi bazasıdır və bu baza ABŞ Mərkəzi Komandanlığının, CENTCOM-un qərargahıdır.

ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğu əhəmiyyətli dərəcədə artsa da, qəzet bir sıra ABŞ qüvvələrinin Bəhreyndəki bazalardan da çıxarıldığını bildirib.

ABŞ hərbi rəsmisi həmçinin "New York Times" qəzetinə bildirib ki, CENTCOM Yaxın Şərqdəki iki təyyarədaşıyan gəminin hədəfə çevrilməməsi üçün onları İrandan uzaq məsafədə saxlayıb.

Xatırladaq ki, İran rəsmiləri ABŞ hücumlar başlatsa, bölgədəki ABŞ bazalarını hədəfə alacaqları ilə hədələyiblər.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar