SON XƏBƏRLƏR

İsrailə əlavə olaraq altı Amerika tankeri gedib

2026.02.26, 22:42
İsrailə əlavə olaraq altı Amerika tankeri gedib

Yaxın Şərqdəki Amerika qüvvələrinin əsaslı şəkildə gücləndirilməsinin bir hissəsi olaraq, bu cümə axşamı günü Ben Qurion Hava Limanına altı Amerika yanacaqdoldurma təyyarəsinin gəlməsi planlaşdırılır.

Gunaz.tv

Bu barədə i24NEWS məlumat yayıb.

Beş KC-46 təyyarəsi Nyu-Hempşirdəki Portsmut Beynəlxalq Hava Limanından, altıncı təyyarə isə Şimali Karolinadakı Seymur Conson Hava Qüvvələri Bazasından yola düşəcək və hamısı İsrailə göndəriləcək.

Xatırladaq ki, bundan öncə də Ben Qurion Hava Limanına tankerlər və yük təyyarələri gəlmişdi, həmçinin, ölkənin güneyindəki Ovda Hava Bazasına logistika təyyarələri və ekipajın müşayiəti ilə on bir F-22 uçağı yerləşdirilmişdi.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar