SON XƏBƏRLƏR

Mühəndis Həsən Raşidi işinə bərpa oluna bilmir

2021.10.20, 07:36
Mühəndis Həsən Raşidi işinə bərpa oluna bilmir

Gunaz.tv
Mühəndis Həsən Raşidi işinə bərpa oluna bilmir Son günlər fars şovinist rejimi Güney Azərbaycanda milli hərəkatçılara qarşı misli görünməmiş repressiya əməliyyatları, işgəncə tədbirləri həyata keçirib.işgəncəyə əsasən ötən həftə “Ettelaat” əməkdaşlarının həbs etdiyi hərəkatçılar məruz qalıblar. Hərəkatçılara işgəncə verməklə onlardan həbs olunmalarına əsas yaradan ifadələr almaq istəyirlər Bundan başqa, hərəkatçıların həbs olunması və təqibi də səngiməyib. Fars şovinist rejimi hətta həbsdən azad olunan şəxslərin yenidən əvvəlki iş yerlərinə qayıtmağa da icazə vermir. Tehranda iftar süfrəsi zamanı həbs edilən mühəndis Həsən Raşidi də həbsdən çıxandan sonra işinə bərpa oluna bilmir. O, Tehran metrotikinti şirkətinin aparıcı mühəndisidir. İşlədiyi yerdən soydaşımıza bildiriblər ki, onun işə qayıtmasına “Ettelaat” icazə vermir. Təxminən iki ay bundan öncə həbs olunmuş hərəkatçı Ramin Sadiqi Ərdəbil həbsxanasında işgəncə altındadır. Xatırladaq ki, milli fəal iki qardaşı ilə birgə həbs olunmuşdu. Onun qardaşları girov müqabilində azadlığa çıxsa da, rejim onu azad etməmişdi. Amansız işgəncələr nəticəsində Ramin Sadiqinin hərəkət sistemi tamamilə pozulub, ayaqları tutulub. Hazırda o, əlil arabası ilə hərəkət edir. Tehranda da milli hərəkatçılara qarşı təqiblər var. Milli hərəkatçı Əli Hüseyn Nejad Maku həbsxanasına göndərilib. Bu hərəkatçı 2006-cı ilin may hadisələrinə görə həbs edilmişdi. Xoy şəhərinin İnqilab Məhkəməsi ona bir il həbs cəzası kəsmişdi. Hökmdən şikayət edən milli fəalın cəza müddəti 8 aya qədər azaldılıb və bununla yanaşı, ona min ABŞ dolları məbləğində cərimə də kəsilib".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar