SON XƏBƏRLƏR

ABŞ Xark adasına nəzarət üçün quru əməliyyatını nəzərdən keçirir - Media

2026.03.16, 09:16
ABŞ Xark adasına nəzarət üçün quru əməliyyatını nəzərdən keçirir - Media

ABŞ Prezidenti Donald Tramp İranın Xark adasındakı neft infrastrukturunun nəzarətə götürülməsi üzrə hərbi əməliyyatın keçirilməsi variantını nəzərdən keçirir.

Gunaz.tv

Bu barədə "Axios" portalı amerikalı rəsmilər arasından olan mənbələrə istinadən yazıb.

Onların məlumatına görə, Ağ Ev administrasiyasının rəhbəri İranın Xark adasında yerləşən əsas neft anbarını ələ keçirmək imkanını təhlil edir. Materialda qeyd olunub ki, bu planın həyata keçirilməsi ABŞ tərəfindən quru hərbi əməliyyatının aparılmasını tələb edəcək.

Portal bildirib ki, dövlət başçısı əgər tanker gəmiçiliyi Fars körfəzi akvatoriyasında bloklanmış vəziyyətdə qalmaqda davam edərsə, belə bir addım atmağa qərar verə bilər.

Portalın həmsöhbətlərindən birinin qeyd etdiyinə görə, Amerika Prezidenti hesab edir ki, ada infrastrukturu üzərində nəzarətin yaradılması Tehranı öz gəlirlərinin əhəmiyyətli hissəsindən məhrum etməyə imkan verəcək. Nəşrdə həmçinin göstərilib ki, Vaşinqton İranın regiondakı qonşu dövlətlərin neft obyektlərinə endirə biləcəyi mümkün cavab zərbələrindən narahatdır.

"Burada həm əhəmiyyətli risklər, həm də ciddi faydalar mövcuddur. Prezident bu məsələ ilə bağlı hələlik yekun qərar qəbul etməyib və biz onun bu addımı atacağını iddia etmirik", - portal öz mənbəsinin sözlərindən sitat gətirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar