SON XƏBƏRLƏR

Zahid Oruc: "Söhbət təkcə Türkiyə-Ermənistan sərhədlərinin açılmasından getmir, əsas məqsədlərdən biri Azərbaycan- Ermənistan...

2021.10.20, 07:36
Zahid Oruc: "Söhbət təkcə Türkiyə-Ermənistan sərhədlərinin açılmasından getmir, əsas məqsədlərdən biri Azərbaycan- Ermənistan...

Gunaz.tv
Zahid Oruc: "Söhbət təkcə Türkiyə-Ermənistan sərhədlərinin açılmasından getmir, əsas məqsədlərdən biri Azərbaycan- Ermənistan sərhədlərinin açılmasına nail olmaqdır" Zahid Oruc: "Söhbət təkcə Türkiyə-Ermənistan sərhədlərinin açılmasından getmir, əsas məqsədlərdən biri Azərbaycan- Ermənistan sərhədlərinin açılmasına nail olmaqdır" Türkiyənin Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Ermənistanla sərhədlərini açmayacağı haqda baş nazir Rəcəb Tayyib Ərdoğanın verdiyi son qəti bəyanat belə bu ölkə ictimiyyətini sakitləşdirməyib. Müxalifət partiyaları - CHP, MHP, Böyük Birlik, Səadət partiyaları iki gün əvvəl növbəti dəfə Azərbaycanı müdafiə edən bəyanatlar veriblər. Ancaq baş nazirdən fərqli olaraq prezident Abdulla Gül hələ Qarabağ münaqişəsi həll edilmədən sərhədlərin açılmayacağı haqda birmənalı söz verməyib. Azərbaycanda da ciddi narahatçılıq qalmaqda davam edir. Ramiz Mikayıloğlu Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz millət vəkili Zahid Oruc deyir ki, Türkiyə siyasi rəhbərliyinin verdiyi son bəyanatlar Türkiyə və Azərbaycan cəmiyyətindəki etirazlarla birbaşa bağlıdır. Çünki baş nazir və prezident fərqindədirlər ki, atılan addımdlar regionun və Türk Dünyasının gələcəyinə necə təsir göstərəcək. Türkiyə böyük dövlətçilik təcrübəsinə malik, böyük resursları olan bir ölkədir. Regionda yaşanan proseslər barədə də hesabatlar həm Rəcəb Tayyib Ərdoğana, həm də Abdulla Gülə təqdim olunur. Bununla belə Zahid Oruc dedi ki, cəmiyyəti sakitləşdirəcək bəyanatlarla paralel şəkildə başqa addımlar da atılır. Baş nazir həm Londonda "İyirmilərin sammiti"ndə, həm də başqa toplantılardakı çıxışlarında müəyyən məsələlərin alt yapısından, üst siyasi düzənindən bəhs edib: "Alt yapı nədir? Onlar hesab edirlər ki, indiyə qədərki addımlar daha çox Ermənistanla Türkiyə arasında müəyyən etimad mühiti formalaşdırmağa, keçmiş düşmənçilikdən, obraz və sindromlardan çıxmağa, xarici aləmdə Ermənistanın Türkiyənin əl-ayağına dolaşmamasına təsir göstərəcək. Beləliklə də Ankaranın region ölkələriylə yaxşı münasibətlərini bərqərar edəcəklər. Üst siyasi düzənə gəlincə, nəzərdə tuturlar ki, böyük güclər və onların regionla bağlı planları var, Türkiyə də burada yer almaqdadır. Ona görə də fəaliyyətlərini həmin maraqlara uyğunlaşdırırlar. Əks halda, Türkiyənin indiki iqtidarı hakimiyyət mənasında çox şey itirə bilər". Onun sözlərinə görə, bu məqamlar məsələnin bütün mahiyyətini açmağa kömək edir. Ona görə də altyapı istiqamətində atılan addımlar öz adıyla çağırılsa, yenə də Türkiyənin və Azərbaycanın birgə maraqlarına ziyandır. Çünki Ermənistanı nələrləsə şirnikləndirmək, şərt qoymadan danışıqlara getməklə erməni iddialarını önləməyi zənn etmək yanlışdır. Bunun səmərə verəcəyi öncədən bəllidir. İrəvanı belə vasitələrlə beynəlxalq hüquqa zidd mövqeyindən daşındırmaq mümkün deyil. Zahid Oruc hesab edir ki, Azərbaycan üçün arzuolunmaz proses dayanmayıb. Dolayı vasitələrlə üzərimizə digər dalğalar, təzyiqlər yönələcək. Geosiyasi çalışmaların intensivliyi yüksələcək: "Bu vaxta kimi apardığımız siyasətin əsasında o durub ki, Azərbaycanın addımlarından Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə olunmasın. Zaman-zaman Türkiyə də həmin mövqeyi bölüşüb. Amma indiki dönəmdə təəssüf ki, bunu söyləmək mümkün deyil. AKP iqtidarının fəaliyyətinin şərhini də vermək istəməzdik, bu, qeyri-etik səslənərdi". Millət vəkli deyir ki, bu məsələdə son nöqtənin qoyulduğunu düşünmək yanlış olardı. Növbəti vasitələrlə regionda bu prosesə etirazını bildirən qüvvələri "islah edəndən sonra" həmin layihənin reallaşmasına nail olmağı planlaşdırırlar: "Əslində hədəf nədir? Söhbət tək Türkiyə-Ermənistan sərhədlərinin açılmasından getmir. Qərbdə düşünürlər ki, bu yolla bir qədər də irəli gedib, gələcəkdə Azərbaycan və Ermənistan arasında sərhədlərin açılmasına nail ola biləcəklər. Onlar Qafqaza özlərinin enerji, iqtisadi, geosiyasi planlarında vahid, tam kimi yer ayırıblar. Düşünürlər ki, bölgədə Rusiya və İrana qarşı açılacaq poliqonda oturuşa biləcəklər. Moskva da bunun fərqindədir. Rusiya da düşünür ki, regionda Türkiyəyə kiçik bir rol ayırmaqla regiondan Qərbin maraqlarını vurub çıxara biləcək. Qafqaz uğrunda savaş bu istiqamətdə davam edir".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar