SON XƏBƏRLƏR

Türkiyә, Azәrbaycan’a, Ermәnistan sәrhәddinin açılmayacağı barәdә zәmanәt veib

2021.10.20, 07:36
Türkiyә, Azәrbaycan’a, Ermәnistan sәrhәddinin açılmayacağı barәdә zәmanәt veib

Gunaz.tv
Türkiyә, Azәrbaycan’a, hakimiyәti vә müxalifәtillә Dağlıq Qarabağ mәsәlәsi hәll olmamış vә Azәrbaycan torpaqlarındakı Ermәni işğalına son qoyulmamış Ermәnistan sәrhәddinin açılmayacağı barәdә zәmanәt veib. Başnazir Rәcәb Tәyyib Әrdoğan, Azәrbaycan ilә Ermәnistan arasında razılaşma olmadığı müddәtcә, sәrhәdlәrin açılmasına dair razılaşmanın imzalanmayacağını qeyd edib. Sәrhәddin açılmasının Dağlıq Qarabağ probleminin hәllindәn asılı olduğunu vurğulayıb. Cümhuriyyәt Xalq Partiyasının sәdri Dәniz Baykal da deyib: Türkiyә Ermәnistan’ın Azәrbaycan’ın torpaqlarını işğal etdiyi üçün sәrhәddi bağlayıb. Buna görә sәrhәddin yenidәn açılmasının yeganә şәrti işğala son qoyulacağının zәmanәt altına alınmasıdır. Millәtçi Hәrәkәt partiyasının sәdri Dövlәt Bağçalı da deyib: Bir millәt iki dövllәt sözü puça çıxarılmamalıdır.trt

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar