SON XƏBƏRLƏR

Sarkisyan İranın Qarabağ münaqişəsindəki mövqeyindən razıdır

2021.10.20, 07:36
Sarkisyan İranın Qarabağ münaqişəsindəki mövqeyindən razıdır

Gunaz.tv
Sarkisyan İranın Qarabağ münaqişəsindəki mövqeyindən razıdır İran Ermənistanı sabit görmək istəyir Ermənistan prezidenti Serj Sarkisyan İrana səfəri zamanı prezident Mahmud Əhmədnejadla görüşüb. Lent.az-ın “tert.am” saytına istinadən verdiyi məlumata görə, prezidentlər ikitərəfli münasibətlərə, eləcə də regionla bağlı məsələlərə toxunublar. Sarkisyan Əhmədinejada Türkiyə-Ermənistan münasibətlərinin inkişafı, eləcə də Dağlıq Qarabağ probleminin həlli prosesi ilə bağlı məlumat verib. O, İranın Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyi yüksək qiymətləndirib. Öz növbəsində İran prezidenti Mahmud Əhmədinejad münaqişənin hərbi yolla həllinin yolverilməz olduğunu vurğulayıb. O, Ermənistandakı stabilliyin regionda sülhün möhkəmlənməsinə kömək etdiyini qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar