SON XƏBƏRLƏR

Sarkisyian İrandan iqtisadi dəstək istəyir

2021.10.20, 07:36
Sarkisyian İrandan iqtisadi dəstək istəyir

Gunaz.tv
Sarkisyian İrandan iqtisadi dəstək istəyir Ermənistan prezidenti Serj Sarkisyanın İrana rəsmi səfəri davam edir. Artıq o, İran prezidenti Mahmud Əhmədnicatla görüşüb. Səfərdə məqsəd Ermənistanın İrandan iqtisadi dəstək almasıdır. İqtisadi sıxıntı içində boğulan Ermənistan yenə ümidlərini İrana bağlayıb. İrana rəsmi səfərə gələn Ermənistan prezidenti Serj Sarkisyan Mahmud Əhmədinicatdan siyasi və iqtisadi dəstək istəyib. İktərəfli danışıqlarda bölgədə baş verən hadisələrin müzakirəsi ilə yanaşı, əsasən qarşılıqlı əməkdaşlığa diqqət çəkilib. Serj Sarksisyanın sözlərinə görə, İran dəfələrlə sübut edib ki, Ermənistanın dostudur. Ermənistan ən çətin anlarında İranın köməyini hiss edib. Keçən ilin avqustunda Gürcü-Osetin münaqişəsi dövründə, Ermənistan blokadada qaldıqda İranın köməyini yada salan Sarkisyan Dağlıq Qarabağ münaqişəsindən də danışıb. O, İran prezidentini Türkiyə ilə münasibətlərdəki son vəziyyətlə bağlı məlumatlandırıb. Eyni zamanda İranın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyini müsbət qiymətləndirib. Əhmədinicat da bölgədə sülhün tərəfdarı olduğunu bildirib. Görüşdə nəqliyyat və energetika sahəsini əhatə edən məsələlər də müzakirə edilib. Əsas diqqət isə Ermənistanla İranı bağlayacaq dəmir yolunun çəkilməsinə yönəlib. 5 ilə çəkilməsi nəzərdə tutulan layihənin dəyəri 1 milyard 200 milyon dollardır. Məhz bu xəttin çəkilməsi Ermənistanla iqtisadi əməkdaşlığın tempini daha da sürtələndirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar