SON XƏBƏRLƏR

Azərbaycan əhalisinin sayı dəqiqləşdirilir

2021.10.20, 07:36
Azərbaycan əhalisinin sayı dəqiqləşdirilir

Gunaz.tv
Azərbaycan əhalisinin sayı dəqiqləşdirilir Azərbaycanda Dövlət Statistika Komitəsi əhalinin siyahıya alınması kompaniyasına başlayıb. Dövlət Statistika Komitəsinin rəhbəri Arif Vəlyevin verdiyi məlumata görə, əhalinin siyahıya alınması 10 gün davam edəcək və aprelin 23-də bitəcək. Bu kampaniyanı 19 min işçi həyata keçirəcək. Onların hər biri 450 nəfər arasında sorğu keçirəcək. May ayının ortalarında siyahıya alınmanın nəticələri Dövlət Statistika Komitəsinə təqdim ediləcək. Son yekunlar isə 2010-cu ilin ortalarında məlum olacaq. Bu yekunlar əsasında xüsusi 10 cildlik arayış-məlumat kitabı nəşr ediləcək. Azərbaycanda siyahıya alınma sonuncu dəfə 1999-cu ildə keçirilib. 2009-cu ilin aprel ayına olan statistik məlumatlara görə, Azərbaycanda əhalinin sayı 8 milyon 700 mindən artıqdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar