SON XƏBƏRLƏR

Türkiyə ilə Rusiya arasında yaxınlaşma nəyə xidmət edir?

2021.10.20, 07:36
Türkiyə ilə Rusiya arasında yaxınlaşma nəyə xidmət edir?

Gunaz.tv
Problemlər Kremldə çözüləcək? Türkiyə ilə Rusiya arasında yaxınlaşma nəyə xidmət edir? Erməni xəbər agentliyi Panarmenian.net işğal altındakı Dağlıq Qarabağın statusu məsələsinin Moskvada Rusiya-Türkiyə-Azərbaycan görüşü çərçivəsində müzakirə olunacağını bildirib. Agentlik "Əliyev Moskvaya şikayətə gedəcək" başlıqlı xəbərdə İlham Əliyevin Rusiya prezidenti Dmitri Medvedevin dəvəti ilə Moskvaya səfər edəcəyini qeyd edir. Erməni mətbuatında yayalan məlumata görə, 16 aprel Moskva görüşündə Türkiyə də iştirak edəcək. Adıçəkilən agentlik başqa bir xəbərdə Ermənistan hakimiyyətindəki mənbələrə əsaslanaraq "Yerevan ilə Bakı arasında qalan Ankara keçən Gürcüstan münaqişəsindən sonra irəli sürdüyü Qafqaz Təhlükəsizlik Platformasını həyata keçirə bilmək üçün Rusiya ilə yaxın işbirliyinə başladığını" yazır. Bu arada türk mətbuatı bildirir ki, yaxın zamanlarda Türkiyənin prezidenti Abdulla Gül, yaxud baş nazir Rəcəb Təyyub Ərdoğan Bakıya, ya da İlham Əliyev Moskvada səfərdə olduğu müdətdə Ərdoğan Rusiyanın paytaxtına sürpriz ziyarət edəcək. Qardaş ölkənin mətbuatında o fikir də aşılanır ki, regionun problemlərinin Moskvada müzakirə olunması bölgədə söz sahibinin hələ də Rusiyada olduğunun göstəricisidir: "Elə Türkiyə-Ermənistan danışıqları da rəsmi Moskvanın nəzarətindədir. Bir çox ekspertlər bildirirlər ki, Rusiya heç də Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəmir. Çünki bu, Ermənistanın Qərbə inteqrasiya yolu ilə Rusiyanın təsirindən çıxması üçün mexanizm ola bilər. Moskvanın hazırkı türk-erməni danışıqlarına "göz yummasına" gəlincə, bunu onsuz da nəqliyyat imkanları məhdud olan Ermənistanı Gürcüstanla münaqişədən sonra çətin vəziyətdən qurtarmaq kimi başa düşmək olar. Hazırda Ermənistan sənayesinin 70 faizi rus şirkətlərinin nəzarətindədir. Ermənistanın dövlət dəmir yolları keçən il Rusiya tərəfindən işlədilməyə başladı. Ymumiyyətlə, Ermənistan istər hərbi, istərsə də siyasi baxımından Rusiyadan asılıdır. Bu vəziyyət isə Rusiyadan Ankaraya "sizin əsas işiniz bizimlə olacaq" mesajını vermək deməkdir". Azərbaycan prezidentinin Moskvaya gözlənilən səfərini "Ekspress"ə şərh edən politoloq İlqar Məmmədov isə bildirir ki, səfər çərçivəsində kompleks məsələlər müzakirə olunacaq: "Burada Türkiyə-Ermənistan sərhədlərinin açılması, Qarabağ münaqişəsinin tənzimlənməsi və qaz layihələri müzakirə olunacaq". Türkiyə ilə qaz ixracı və qazın qiymətiylə bağlı məsələlərdə fikir ayrılığı olduğunu deyən politoloq qazın Rusiya ilə nəql olunmasının nəzərdən keçirildiyini deyir. Qeyd edək ki, bununla bağlı anlaşma memorandumu martın 27-də ARDNŞ ilə "Qazprom" arasında bağlanıb. Konfliktoloq Arif Yunus da prezidentin Moskva səfərində əsasən Qarabağ münaqişəsinin həlli və türk-erməni sərhədlərinin açılması məsələsinin gündəmdə olacağını dedi. Onun sözlərinə görə, keçən il avqust ayında Cənubi Osetiyada baş verən münaqişədən sonra Cənubi Qafqazda geosiyasi situasiya dəyişib: "Rusiya ilə Gürcüstan arasında münaqişə bir tərəfdən Ermənistanı iqtisadi cəhətdən çətin vəziyyətə saldı". Hazırda Türkiyə ilə Rusiya arasında müəyyən bir yaxınlaşmanın getdiyini deyən konfliktoloq, bunun qısa müddətli xarakter daşıdığını da deyir. Türkiyənin Ermənistanla sərhədlərinin açılmasına gəlincəsə, konfliktoloq məslənin Türkiyənin dövlət maraqlarına uyğun olaraq həll olunacağını söylədi: "Türkiyə lazım olsa, sərhədləri açacaq. Çox güman ki, lazım olacaq. Ancaq aydın deyil, nə vaxt". Bəkir NƏRİMANOĞLU

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar