SON XƏBƏRLƏR

Azərbaycan ictimaiyyətinin nümayəndələrinin Türkiyəyə səfəri davam edir

2021.10.20, 07:36
Azərbaycan ictimaiyyətinin nümayəndələrinin Türkiyəyə səfəri davam edir

Gunaz.tv
Azərbaycan ictimaiyyətinin nümayəndələrinin Türkiyəyə səfəri davam edir Nümayəndə heyəti bu gün iqtidar partiyasının rəsmiləri, partiyanı təmsil edən millət vəkilləri ilə görüşəcək Azərbaycanlı QHT nümayəndələrinin Türkiyə səfəri davam edir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından ANSPRESS-ə verilən məlumata görə, Şuranın sədri, millət vəkili Azay Quliyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlıdan ibarət nümayəndə heyətinin aprelin 10-dan başlanmış Türkiyə səfərində nümayəndə heyəti Türkiyə-Ermənistan sərhədlərinin açılma ehtimallarının Azərbaycanda yaratdığı narahatlığı və ölkə ictimaiyyətinin bu məsələyə münasibətini Türkiyənin müxtəlif dairələrinə bilavasitə açıqlayır və mətbuat üçün şərh edir. Azay Quliyevin verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykal, Millətçi Hərəkat Partiyasının (MHO) sədri Dövlət Baxçalı, Demokratik Sol Partiyası (DSP) başqan yardımçısı Hasan Murad, həmçinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Göksal Topdanla görüşüb. Görüşlərdə sərhədlərin açılma ehtimalları və onun doğura biləcəyi nəticələr haqda geniş fikir mübadiləsi aparılıb. Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün mövcud olan şərtlər bir daha vurğulanaraq bildirilib ki, öncə Ermənistan bütün dünyada israrla səsləndirdiyi uydurma soyqırımı ittihamlarına və Türkiyəyə qarşı ərazi iddialarına son qoymalı, işğal altında saxladığı Azərbaycan torpaqlarını - Dağlıq Qarabağı və ətraf 7 rayonu azad etməlidir. Nümayəndə heyəti yalnız münaqişə həll edildikdən sonra təcavüzkar dövlətlə əlaqələr haqqında müzakirələrin aparılmasının mümkünlüyünü qeyd edib. Türkiyənin aparıcı müxalifət partiyalarının rəhbərləri, eləcə də rəsmi dairələrin təmsilçiləri Azərbaycan nümayəndə heyətini əmin edib ki, Türkiyə heç zaman Azərbaycanı tək qoymayacaq və «Bir millət- iki dövlət» prinsiplərinə axıradək sadiq qalaraq, Dağlıq Qarabağ münaqişəsi çözülməyincə Türkiyə-Ermənistan sərhədlərinin açılmasına yol verməyəcək. Nümayəndə heyətinin üzvləri Türkiyə Strateji Analiz Mərkəzinin (TÜRKSAM) təşkilatçılığı ilə keçirilmiş yerli QHT-lərlə görüşdə sərhəd məsələsini geniş müzakirə edib. Həmçinin, Türkiyə mətbuatının «Tərcüman», «Cümhuriyyət», «Yeni çağ», «Xəbər-türk» qəzetlərinə verdikləri müsahibələrdə məsələnin mahiyyətinə aid açıqlamalar veriblər. Nümayəndə heyətinin üzvləri Türkiyənin nüfuzlu televiziya kanalları olan SHOW TV, Flahs TV, Avrasiya TV, Kanal B və başqa kanallarında çıxışlar edərək, yaranmış problemlə bağlı Azərbaycan ictimaiyyətinin mövqeyini bir daha açıqlayıblar. Problemin ölkəmizdə yaratdığı narahatlıqdan doğan əks-sədanın Türkiyədə yetərincə eşidildiyini bildirən A.Quliyev qeyd edib ki, yaranmış vəziyyətdən istifadə edərək, burada Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirilməsinə çalışan bəzi qüvvələrə imkan vermək olmaz. A.Quliyevin fikrincə, Azərbaycan nümayəndə heyətinin səfəri Türkiyə ictimaiyyətinin məlumatlandırılması nöqteyi-nəzərindən əhəmiyyətli olub. Nümayəndə heyəti bu gün iqtidar partiyasının rəsmiləri, partiyanı təmsil edən millət vəkilləri ilə görüşəcək və TBMM Xarici Əlaqələr Komitəsində məsələ ilə bağlı müzakirələr aparacaqlar. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar