SON XƏBƏRLƏR

GÜRCÜSTAN PREZİDENTİ ERMƏNİSTANI İKİNCİ DƏFƏ AŞAĞILADI

2021.10.20, 07:36
GÜRCÜSTAN PREZİDENTİ ERMƏNİSTANI İKİNCİ DƏFƏ AŞAĞILADI

Gunaz.tv
GÜRCÜSTAN PREZİDENTİ ERMƏNİSTANI İKİNCİ DƏFƏ AŞAĞILADI Mixail Saakaşvili Gürcüstan prezidenti Mixail Saakaşvili ABŞ-ın populyar “Newsweek” dərgisinə müsahibə verib. “Mənim Qərbdəki dostlarım hardadır?” başlığı altında təqdim olunan müsahibədə Gürcüstan prezidenti Qərbdəki tərəfdaşlarından incikliyini biruzə verib: “Mən Qərbin əməkdaşlığı donduracağını gözləmirdim, sanki yeni inqilab gözləyirlər. Fransa rəsmi nümayəndə heyəti Gürcüstana səfərini qəfil təxirə saldı, ardınca Türkiyə şirkəti müqavilənin imzalanmasını yubatdı... Bu insanlara nə olub?” M.Saakaşvili ABŞ prezidenti Barak Obamanın da bostanına daş atıb. O, Obamanın praqmatik siyasətinin Amerikaya xas olmadığını söyləyib: “Buşun dövründə ideallar praqmatizmi üstələyirdi. Bizdə problem yoxdur, problem Amerikanın indiki siyasətindədir. Biz Amerikanın daxili siyasətinə inteqrasiya olunduq. Amerikada hakimiyyət dəyişikliyi zamanı boşluq yarandı və kimsə bizimlə nə edəcəyini bilmədi. Fransa da Obamadan təlimat gözlədi ki, Gürcüstanla nə etsin”. Rusiyanın məhz bu boşluqdan yararlanmağa çalışdığını vurğulayan M.Saakaşvili müsahibəsində rusiyalı oliqarxların gürcü müxalifətinə milyonlarla dollar verdiyini iddia edib. M.Saakaşvili deyib ki, o, Rusiyaya güzəştə getsə, Gürcüstan Qırğızıstan kimi demokratiyanı itirə və ya iqtisadiyyatı tamamilə Rusiyadan asılı olan Ermənistan kimi kasıb bir dövlətə çevrilə bilər. M.Saakaşvili bir neçə ay öncəki açıqlamasında da Ermənistan iqtisadiyyatının Rusiyadan asılı olması səbəbindən dağıldığını söyləmişdi. Gürcüstan prezidentinin həmin açıqlamasına Ermənistanın rəsmi dairələri sərt reaksiya vermişdi. Ermənistan prezidentinin mətbuat katibi Samvel Farmanyan M.Saakaşvilinin məqsədinin diqqəti Gürcüstandakı problemlərdən yayındırmaq olduğunu vurğulamışdı. S.Farmanyan Gürcüstan prezidentini siyasi açıqlamalarında korrekt olmağa çağırmışdı. Ancaq göründüyü kimi, M.Saakaşvili üçün Yerevandan gələn xəbərdarlıqların heç bir əhəmiyyəti yoxdur. O, Ermənistanın vəziyyətini olduğu kimi dəyərləndirməkdə davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar