SON XƏBƏRLƏR

Tramp: İsrail necə qalib gəlməyi bilir

2026.04.19, 09:05
Tramp: İsrail necə qalib gəlməyi bilir

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; ABŞ prezidenti Donald Tramp bildirib: “Kimin İsraili sevib-sevməməsindən asılı olmayaraq, onlar ABŞ-ın böyük müttəfiqi olduqlarını sübut ediblər.”

O əlavə edib: “Onlar cəsur, qətiyyətli, sadiq və ağıllıdırlar və qarşıdurma və təzyiq anında əsl üzünü göstərən digərlərindən fərqli olaraq, İsrail sərt döyüşür və necə qalib gəlməyi bilir.”

Donald Trampın bu açıqlamaları Yaxın Şərqdə, xüsusilə İranla İsrail arasında gərginliyin ən yüksək səviyyəyə çatdığı və münaqişənin genişlənməsi ehtimalının müzakirə olunduğu bir vaxtda səslənir.

Trampın “İsrailin müharibədə qalib gəlmək bacarığı” barədə danışdığı bir dövrdə, son günlər İsrail rəsmiləri dəfələrlə qarşıdurmanı davam etdirməyə və “daha sərt zərbələr” endirməyə hazır olduqlarını vurğulayıblar.

Eyni zamanda, Vaşinqtondan gələn bu cür ritorika Tehrana açıq mesaj kimi qiymətləndirilə bilər; yəni gərginlik artarsa, ABŞ İsrailin yanında qalacaq.

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar