SON XƏBƏRLƏR

FT: İranla əlaqəli azı 34 tanker ABŞ blokadasını keçib

2026.04.22, 13:19
FT: İranla əlaqəli azı 34 tanker ABŞ blokadasını keçib

"Financial Times" qəzetinin verdiyi xəbərə görə, bu günə qədər İranla əlaqəli azı 34 neft tankeri ABŞ-ın tətbiq etdiyi blokadanı keçə bilib.

Gunaz.tv

Məlumata əsasən, bu gəmilərdən 19-u blokadanı keçərək Ərəb Körfəzindən çıxıb, 15-i isə Ərəb dənizi istiqamətindən körfəzə doğru daxil olub.

Bildirilir ki, çıxış edən tankerlərdən altısı İran xam nefti daşıyıb və ümumi yük həcmi təxminən 10,7 milyon barel təşkil edib.

Brent markalı neft ilə müqayisədə təxminən 10 dollar endirim nəzərə alınaraq, bu daşımaların ümumi gəliri təxminən 910 milyon dollar qiymətləndirilir.

Qeyd olunur ki, İran nefti sanksiyalar səbəbindən adətən endirimlə satılır.

 

C

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar