SON XƏBƏRLƏR

Türkiyə ilk qitələrarası ballistik raketini təqdim edib

2026.05.05, 18:49
Türkiyə ilk qitələrarası ballistik raketini təqdim edib

Türkiyənin Milli Müdafiə Nazirliyi SAHA Sərgisində ilk qitələrarası ballistik raketini təqdim edib.

Gunaz.tv

"Yıldırımhan" adlı ballistik raket 6000 kilometr mənzilə malikdir. 

Raket 9 Max və 25 Max arasında hipersəs sürətlərə çata bilir.

Sistemin yanacaq kimi maye azot tetroksidindən istifadə etdiyi və dörd raket mühərriki ilə hərəkətə gətirildiyi bildirilir. Bu dizayn raketin hipersəs sürətlərinə çatmasına imkan verir.

Bildirilib ki, Yıldırımhanın sürəti və manevr qabiliyyəti ona mövcud hava və raketdən müdafiə sistemlərini aşmaq qabiliyyəti verir. Qeyd edilib ki, bu xüsusiyyətlər sistemin əməliyyat effektivliyini artırır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar