SON XƏBƏRLƏR

Donald Tramp: “Azadlıq layihəsi” qısa müddətə dayandırılacaq, ancaq İranın dəniz blokadası davam edəcək

2026.05.06, 11:36
Donald Tramp: “Azadlıq layihəsi” qısa müddətə dayandırılacaq, ancaq İranın dəniz blokadası davam edəcək

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı axşam açıqlayıb ki, “Azadlıq layihəsi” (gəmilərin Hörmüz boğazından keçirilməsi) qısa müddətə dayandırılacaq.

Gunaz.tv

Tramp bu qərarın səbəbini belə izah edib: “Pakistan və digər ölkələrin müraciəti, İranla aparılan kampaniya zamanı əldə etdiyimiz mühüm hərbi uğurlar, eləcə də İran nümayəndələri ilə yekun və tam razılaşmaya doğru əhəmiyyətli irəliləyişləri nəzərə alaraq, qarşılıqlı şəkildə razılaşdıq ki, blokada tam şəkildə davam etsə də Azadlıq layihəsi qısa müddətə dayandırılacaq ki, razılaşmanın yekunlaşdırılıb imzalanıb-imzalanmayacağı müəyyənləşdirilsin..”

Bu layihənin icrasına 14 aprel tarixində başlanmışdı, lakin 48 saat sonra dayandırılıb. İran və ABŞ 19 mart tarixindən etibarən atəşkəs rejimindədirlər, lakin müharibənin başa çatması ilə bağlı hələ də razılıq əldə olunmayıb.

Müharibə başlayandan bəri faktiki olaraq Hörmüz boğazını bağlayan Tehran daha əvvəl bildirmişdi ki, danışıqlara qayıtmaq üçün ABŞ İran limanlarına qarşı dəniz blokadasını dayandırmalıdır. Vaşinqton isə bu blokadanın İranın addımlarına cavab olaraq tətbiq edildiyini bildirir.

 

Ş.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar