SON XƏBƏRLƏR

Pakistanlı mənbə: İran ABŞ-ın təklifinə bu gün cavab verə bilər

2026.05.07, 14:00
Pakistanlı mənbə: İran ABŞ-ın təklifinə bu gün cavab verə bilər

İran ABŞ-ın təklifinə cavabını bu gün Pakistan vasitəsilə təqdim edə bilər.

Gunaz.tv

Bu barədə "Al-Arabiya" kanalı Pakistanlı bir qaynağa istinadən xəbər yayıb.

Mənbə bildirib ki, İran tərəfi ilə əlaqələr davam edir və əlaqələrin saxlanılması və ya cavabların alınması üçün heç bir maneə yoxdur.

Bundan əlavə, mənbənin sözlərinə görə, Donald Tramp ABŞ-ın təklifinə tez cavab verilməsini tələb edib.

Pakistanlı mənbə həmçinin Hörmüz boğazı ilə bağlı vəziyyətin həlli ehtimalına da işarə edib. Bildirilib ki, hazırda danışıqlar davam edir və müəyyən anlaşmalar əldə oluna bilər.

Bundan əvvəl Al Arabiya mənbələrə istinadən xəbər vermişdi ki, boğazın yenidən açılması üçün intensiv təmaslar aparılır. Məlumata görə, Hörmüz boğazının mərhələli şəkildə açılması müqabilində ABŞ blokadasının yumşaldılması ilə bağlı ilkin anlaşmalar əldə olunub.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar