SON XƏBƏRLƏR

Türkiyə İranın Ərbilə hücumlarını pisləyib

2026.05.09, 20:50
Türkiyə İranın Ərbilə hücumlarını pisləyib

Recep Tayyip Erdoğan İran müharibəsi zamanı Ərbil və İraq ərazisinin digər hissələrinə edilən hücumlardan narahatlığını ifadə edib və Ankaranın münaqişənin regionun digər ölkələrinə yayılmasını istəmədiyini bildirib.

Gunaz.tv

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, Ərdoğan bu fikirləri İstanbulda İraq Kürdüstan Regional Hökumətinin baş naziri Məsrur Bərzani ilə görüşü zamanı səsləndirib.

Ərdoğan bildirib ki, Türkiyə hazırkı dövrdə də Kürdüstan Regional Hökuməti ilə həmrəyliyini davam etdirəcək.

Tərəflər görüş zamanı həmçinin İraqdakı prosesləri, regional sabitliyi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığı müzakirə ediblər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar