SON XƏBƏRLƏR

İsrail KİV: Tramp İranla bağlı növbəti addımı Çin səfərindən sonra müəyyən edə bilər

2026.05.15, 11:52
İsrail KİV: Tramp İranla bağlı növbəti addımı Çin səfərindən sonra müəyyən edə bilər

İsrail mediasının məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Çinə səfərindən qayıtdıqdan sonra İrana qarşı müharibəni yenidən başlatmaq və ya Hörmüz boğazının blokadasını davam etdirmək barədə qərar verəcək.

Gunaz.tv

Kan telekanalı İsrail mənbələrinə istinadən bildirib ki, son günlər İsrail ordusunun yüksək vəzifəli rəsmiləri ilə ABŞ Mərkəzi Komandanlığı arasında məsləhətləşmələr aparılıb.

Mənbələrin sözlərinə görə, İsrail İrana qarşı hərbi əməliyyatların yenidən başlamasını istəyir. Bu mövqeni Baş nazir Benjamin Netanyahu dəfələrlə vurğulayıb.

Bundan başqa, "Haaretz" qəzeti yazıb ki, qeyri-adi təhlükəsizlik hazırlığı əlamətləri müşahidə olunmasa da, yaxın günlərdə döyüşlərin yenidən başlaması ehtimalı gündəmə gətirilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar