SON XƏBƏRLƏR

ABŞ blokadası İranın neft ixracını çətinləşdirir: Tehran nefti köhnə tanker gəmilərində saxlamağa məcbur qalır — FT

2026.05.19, 11:30
ABŞ blokadası İranın neft ixracını çətinləşdirir: Tehran nefti köhnə tanker gəmilərində saxlamağa məcbur qalır — FT

İran ABŞ-ın tətbiq etdiyi dəniz blokadası səbəbindən neftini Ərəb körfəzində lövbər salmış köhnə tanker gəmilərində saxlamağa məcbur qalır.

Gunaz.tv

Bu barədə çərşənbə axşamı “Financial Times” qəzeti məlumat yayıb.

Məlumata görə, hazırda İran nefti və neft-kimya məhsulları daşıyan 39 tanker Fars körfəzində yerləşir. Bu rəqəm blokadanın qüvvəyə mindiyi 13 aprel tarixindən əvvəl 29 idi. Qəzet bu məlumatı “United Against Nuclear Iran” təşkilatının məlumatlarına əsasən yayıb.

Bildirilir ki, gəmilərin əhəmiyyətli hissəsi İranın Xark adasındakı neft ixrac terminalı yaxınlığında toplanıb.

“Financial Times” və UANI həmçinin Oman körfəzində yerləşən Çabahar limanı yaxınlığında dayanmış 13 şübhəli tanker müəyyən edib. Hesabatda həmin ərazi ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzəri blokada xətti daxilində göstərilib.

Qəzetin yazdığına görə, tanker sayındakı artım ABŞ blokadasının real təsir göstərdiyini nümayiş etdirir. Blokada İran gəmilərini və ya İran yükü daşımaqda şübhəli bilinən digər gəmiləri ABŞ donanmasının yoxlama və müsadirə tədbirlərinə məruz qoymağı hədəfləyir.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar