SON XƏBƏRLƏR

İran atəşkəs dövründən döyüşlərin yenidən başlamasına hazırlaşmaq üçün istifadə edib

2026.05.19, 12:30
İran atəşkəs dövründən döyüşlərin yenidən başlamasına hazırlaşmaq üçün istifadə edib

İran bir aylıq atəşkəs dövründən mümkün döyüşlərin yenidən başlamasına hazırlaşmaq üçün istifadə edib.

Gunaz.tv

Bu barədə “New York Times” ABŞ ordusundakı adı açıqlanmayan hərbi rəsmiyə istinadən xəbər verib.

Hesabata görə, İran 8 aprel tarixində atəşkəsin qüvvəyə minməsindən bəri “bombardman edilmiş onlarla raket bazasını dağıntılar altından çıxarıb, mobil ballistik raket buraxıcı qurğularını yerini dəyişib və hərbi taktikasını hər hansı yeni hücumlara hazırlıq məqsədilə dəyişib”.

ABŞ rəsmisi bildirib ki, ABŞ-ın İranın raket imkanlarına endirdiyi zərbələr əsasən raket bazalarının giriş və çıxış hissələrini hədəf alıb, lakin buraxıcı qurğuların özü məhv edilməyib. Çünki bu sistemlər hücumlardan qorunmaq üçün mağaralarda və dərin yeraltı obyektlərdə saxlanılırdı.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar