SON XƏBƏRLƏR

AP: ABŞ blokadanı yarmağa çalışan ticarət gəmisini sıradan çıxarıb

2026.05.30, 22:28
AP: ABŞ blokadanı yarmağa çalışan ticarət gəmisini sıradan çıxarıb

ABŞ-nin Silahlı Qüvvələri Amerikanın İran limanlarının blokadasını yarmağa çalışan ticarət gəmisini sıradan çıxarıb.

Gunaz.tv

Bu barədə "Associated Press" (AP) vəziyyətlə tanış olan ABŞ rəsmisinə istinadən xəbər yayıb.

"Qambiya bayrağı altında üzən "Lian Star" gəmisi ABŞ hərbçilərinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoymayıb və İranın ərazi sularına girməsinə qadağa qoyulmasına baxmayaraq, limana girməyə cəhd edib. Gəmi Oman körfəzində ABŞ aviasiyası tərəfindən sıradan çıxarılıb və orada ilişib qalıb", - mənbə qeyd edib.

ABŞ hərbçiləri son əməliyyat zamanı blokadanı pozmağa çalışan altı gəmini dayandırıb. Onlardan birinə hərəkətə davam etməyə icazə verilib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar