SON XƏBƏRLƏR

NBC: Tramp əməliyyatı ABŞ ordusunun İrana hücuma başlamasına cəmi bir neçə saat qalmış dayandırıb

2026.06.12, 08:43
NBC: Tramp əməliyyatı ABŞ ordusunun İrana hücuma başlamasına cəmi bir neçə saat qalmış dayandırıb

ABŞ ordusunun İrana zərbələr endirməsinə cəmi 3 saat qalmış Prezident Donald Tramp sosial şəbəkədə razılaşmanın əldə olunduğunu elan etdi.

Gunaz.tv

Bu barədə "NBC News" iki ABŞ rəsmisinə istinadən məlumat verib.

Məlumata əsasən, ABŞ qüvvələri həmin axşam hücumları həyata keçirmək üçün artıq əmr almışdı, dəniz qüvvələri isə hava əməliyyatları planlarını yeniləmiş və sursatları hazırlamışdı. Rəsmilərin sözlərinə görə, əməliyyata hazırlıq artıq son mərhələyə çatmışdı.

NBC bildirib ki, Trampın daha əvvəl qeyd etdiyi Xark adası təsdiqlənmiş hədəflər siyahısına daxil edilməmişdi. Məlumatda qeyd olunur ki, ABŞ ordusu İranın neft infrastrukturunu, o cümlədən Xark adasını əhatə edən ehtiyat planlar hazırlasa da, həmin variantların həyata keçirilməsinə icazə verilməmişdi.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar