SON XƏBƏRLƏR

Tramp: İranla memorandum sanksiyaların dərhal ləğvini nəzərdə tutmur

2026.06.17, 15:20
Tramp: İranla memorandum sanksiyaların dərhal ləğvini nəzərdə tutmur

İranla imzalanmış anlaşma memorandumu sanksiyaların dərhal aradan qaldırılmasını nəzərdə tutmur, bu məsələ sonrakı mərhələlərdə müzakirə olunacaq.

Gunaz.tv

Bunu Amerika prezidenti Donald Tramp bildirib.

Tramp G7 sammiti çərçivəsində Fransanın Evian-le-Ben şəhərində Misir Prezidenti Abdel Fəttah əl-Sisi ilə görüş zamanı çıxış edərək bildirib ki, memorandum yekun razılaşma deyil və əgər əldə olunacaq saziş onu qane etməsə, “biz yenidən bombalar atmağa qayıdacağıq”.

Tramp həmçinin İranla bağlı razılaşmada nəzərdə tutulan 300 milyard dollarlıq fond haqqında yayılan məlumatların yalan olduğunu bildirib və ABŞ-ın belə bir fonda sərmayə qoymadığını vurğulayıb.

ABŞ prezidenti deyib ki, razılaşmanın əsas məqsədi İranın heç vaxt nüvə silahına sahib olmamasıdır. O əlavə edib ki, Hörmüz boğazı artıq qismən açılıb və “bir-iki gün ərzində” tam şəkildə yenidən açılacaq.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar