SON XƏBƏRLƏR

Vens: Memorandum çərçivəsində İran sözlərinə görə deyil, əməllərinə görə qiymətləndiriləcək

2026.06.18, 10:20
Vens: Memorandum çərçivəsində İran sözlərinə görə deyil, əməllərinə görə qiymətləndiriləcək

İranla imzalanmış anlaşma memorandumunun əsas üstünlüklərindən biri onun bəyanatlardan deyil, davranışlardan asılı olmasıdır.

Gunaz.tv

Bunu ABŞ vitse-prezidenti Ceyms Deyvid Vens bildirib.

O əlavə edib ki, İranın yeni rəhbərliyi əməllərinə əsasən qiymətləndiriləcək.

“Bu memorandumun yaxşı tərəfi odur ki, söhbət sözlərdən getmir, onların davranışlarından gedir,” – Vens CBN News-a müsahibəsində deyib.

“Prezidenti və bütövlükdə administrasiyanı çox narahat edən məsələlərdən biri də bir neçə ay əvvəl hakimiyyətdə olan şəxslərin bütün bu günahsız etirazçıları qətlə yetirməsi idi,” – o bildirib.

“İndi həmin şəxslər artıq hakimiyyətdə deyillər. Amma görəcəyik. Yeni rəhbərlər xalqa fərqli münasibət göstərəcəklərmi? Biz əlbəttə ki, buna ümid edirik. Əgər belə olmasa, onların real davranışlarını gördükdən sonra nəticə çıxara biləcəyik. Buna görə də deyirəm ki, bu memorandumun yaxşı tərəfi ondadır ki, söhbət sözlərdən deyil, davranışlardan gedir,” – Vens əlavə edib.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar