SON XƏBƏRLƏR

Hatəmi Obama dövrünün prezidenti ola bilərdi _ Zərdüşt Əlizadə: "Görünür, o, hansısa mətləblərdən xəbərdar olandan sonra çəkildi

2021.10.20, 07:36
Hatəmi Obama dövrünün prezidenti ola bilərdi _ Zərdüşt Əlizadə: "Görünür, o, hansısa mətləblərdən xəbərdar olandan sonra çəkildi

Gunaz.tv
"Hatəmi Obama dövrünün prezidenti ola bilərdi" Zərdüşt Əlizadə: "Görünür, o, hansısa mətləblərdən xəbərdar olandan sonra çəkildi" İyun ayında İranda keçiriləcək prezident seçkilərində namizəd olmaq istəyənlər iddialarını ortaya qoymaqdadır. Onların içərisində iki azərbaycanlı da var. Mirhüseyn Musəvi İranın sonuncu baş naziri olub, Əkbər Ələmi isə millət vəkili kimi İran parlamentində Təbrizi təmsil edib. Bu arada məlum olub ki, İranın keçmiş dövlət başçısı Məhəmməd Hatəmi qarşıdakı seçkidə namizəd olmaqdan vaz keçib. Onun seçkidə M.Musəvini dəstəkləyəcəyi gözlənilir. Bir neçə aydan sonra qonşu ölkədə baş verəcək siyasi hadisə ilə bağlı suallarımızı cavablandıran politoloq Zərdüşt Əlizadə hesab edir ki, Hatəminin namizədliyini geri götürməsini şərtləndirən bir sıra faktorlar var: - İranda keçirilmiş son prezident seçkisində Əhmədnejadın əsas rəqibi Rəfsancəni idi. Rəfsancani iki müddət İranın prezidenti olmuş və dini dairələrdə böyük hörməti olan şəxsdi. Amma o Əhmədnejada - Tehran Universitetinin adi bir professoruna uduzmuşdu. Hatəminin də İran cəmiyyətində nüfuzu böyükdür. Namizədliklə bağlı niyyətini ortaya qoyandan sonra görünür, onun bilmədiyi hansısa mətləblər haqda xəbərdar edilib. Buna görə də geri çəkildi. Bu addımdan belə nəticə çıxarmaq olar ki, o şanslarının gerçək olmadığını anlayıb. - Sizcə, Hatəminin geri çəkilməsində başlıca amil nədir? Hazırkı dövrdə İrana Əhmədnejad kimi bir prezidentin gərək olması, yoxsa səsvermədə gözlənilən xoşagəlməz nəticə? - İran cəmiyyəti oturuşmuş cəmiyyətdir. Orada seçkinin necə olacağı hamıya bəllidir. Kimlərin namizəd olmasını birinci mərhələdə üləmaların ruhani məclisi müəyyən edir. Məncə, bu mərhələ Hatəmi üçün maneə ola bilməzdi. Çünki onun özü də ilahiyyatçı alimdir, ölkənin prezidenti olub, nüfuzu var. İkinci məsələ budur ki, seçki kampaniyasını aparmaq üçün böyük maliyyə mənbələri lazımdır. Yçüncüsü isə görünür, hansısa sosioloji sorğular aparılıb və nəticə göstərib ki, qəti qələbə üçün imkanlar yoxdur. Bütün bu amillər onun geri çəkilməsində rol oynaya bilər. Hatəminin prezident olduğu dövrdə yürütdüyü yumşaq daxili və xarici siyasət, mədəniyyətlərin, sivilizasiyaların əməkdaşlığı ideyası, ABŞ-la münasibətləri normallaşdırmaq cəhdləri... Bunlar həm İrana, həm də dünyaya fayda verən addımlar idi. Amma Corc Buş dövründə Vaşinqtonun Tehrana qarşı ciddi təhdidləri İran cəmiyyətini möhkəmləndirdi. Əgər Barak Obama dövründə Amerikanın danışıq tərzi dəyişsə, sülhdən, əmin-amanlıqdan danışsalar, o zaman İranda əhval-ruhiyyə zəifləyəcək. Bu şəraitdə İranda yumşaq siyasət tərəfdarlarının mövqeyi güclənə bilər. Məncə, Hatəmi Obama dövrünün prezidenti ola bilərdi. İran elə bir dövlətdir ki, orada dövlət başçıları tez-tez dəyişə bilir. Bir neçə il əvvəl Əhmədnejadı kim tanıyırdı? Ola bilsin, gələcəkdə bir başqası olsun. Yəni, İranda siyasi xadimlərin seçilmək imkanı genişdir. Ruhani məclisinin tətbiq etdiyi məhdudiyyəti çıxmaq şərti ilə namizədlər üçün başqa məhdudiyyət yoxdur. Onlar müsəlman olmalıdırlar, şiə-cəfəri olmalıdırlar. Seçki isə saxtakarlıq olmadan, demokratik şəkildə keçirilir. Seçkilərin qanunauyğun keçirilməsinə dövlət qurumları nəzarət edir. - Deyirsiniz ki, seçkilər demokratik qaydada keçirilir. Bəs, seçkiyə yalnız ruhanilərin müəyyənləşdirdiyi namizədlərin buraxılması ən böyük antidemokratik meyar deyilmi? - Bu məsələ zaman-zaman İran cəmiyyətində etiraz doğurur. Nə üçün bir zümrə insan ümumxalq seçkisinin fövqündə durmalıdır və vətəndaşa istədiyini seçmək imkanını verməməlidir. Qarşı tərəfin arqumenti isə belədir ki, əvvəlcədən namizədlər "süzgəc"dən keçirilməyəndə, bəzi hallarda kütlə sindromu işə düşür, seçilməyə layiq olmayan təcrübəsiz, demaqoq adamlar dövlət başına gəlir. Bu da ölkəni bir neçə illər geriyə tullayır. Belə nümunələr dünyanın hər yerində olub. - Əhmədnejadın birinci prezidentliyi dövrünü necə xarakterizə edərdiniz? - Onun prezidentliyi dövründə İranın iqtisadiyyatı inkişafına davam edib, raket sınaqları keçiriblər, kosmosa raket çıxarıblar. Eyni zamanda İranla hesablaşmağa başlayıblar. Son zamanlar ABŞ-ın İranla mülayim danışmağa başlaması yəqin ki, həm də Əhmədnejadın sərt siyasətinin, qəti mövqeyinin nəticəsidir. Amma onun bəzi bəyanatları, xüsusilə İsrail dövlətinin yer üzündən silinməsi haqda fikirləri isə İranın nüfuzuna xələl gətirir. Düzdür, bu şüarı Xomeyni də səsləndirmişdi, ondan sonrakı dövlət başçıları da. Amma əgər şəxs dövlət başçısıdırsa, gərək beynəlxalq qanunlarla hesablaşsın. Bu cür mövqe İrana zərbə vurur. - İran prezidentliyinə iddialı olan iki azərbaycanlının - Mirhüseyn Musəvi ilə Əkbər Ələminin namizədliyinin qeydə alınacağını gözləyirsinizmi? - Mən ruhani məclisinin adından danışmaq istəməzdim, qərarı onlar verəcəklər. Amma bilirəm ki, namizədlərin müəyyən edilməsi zamanı etnik mənsubiyyətə elə də əhəmiyyət verilmir. Bir zaman İranın prezidenti olmuş hazırkı dini rəhbər Seyid Əli Xamneyi də azərbaycanlıdır. O xaminəlidir, atamın kəndlisidir. Amma görürsünüz, İranda hansı mövqeyə sahibdir? İran dini dövlət olduğu üçün burada namizədliyini verən şəxslərin dini siyasətə və dini ideyalara nə qədər bağlı olduğuna xüsusi diqqət verilir. Əgər bu kriteriyalara cavab verən şəxdirsə, onun namizədliyi də qeydə alına bilər, hətta həmin namizəd nüfuzu varsa, seçilə də bilər. Aqil CAMAL

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar