SON XƏBƏRLƏR

ABŞ təyyarəsi İrana zərbələrdən sonra Ərəb körfəzində patrul xidməti həyata keçirir

2026.06.27, 09:47
ABŞ təyyarəsi İrana zərbələrdən sonra Ərəb körfəzində patrul xidməti həyata keçirir

Amerikanın "Boeing P-8A Poseidon" dəniz patrul təyyarəsi Ərəb körfəzinin neytral suları üzərində uçur.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Yaxın Şərq hava hərəkətinin idarə edilməsi xidmətindəki mənbə məlumat verib.

Onun sözlərinə görə, təyyarə Yaxın Şərqdəki hərbi bazadan havaya qalxıb və hazırda Ərəb körfəzi üzərində 8000 metrdən çox yüksəklikdə dövrə vurur.

O, həmçinin qeyd edib ki, ərazidə Amerikanın "Boeing KC-46 Pegasus" strateji yanacaqdoldurma təyyarəsi müşahidə olunub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar