SON XƏBƏRLƏR

Birgə Dəniz Məlumat Mərkəzi: Hörmüz boğazının güney marşrutu gəmilər üçün açıq qalır

2026.07.06, 15:10
Birgə Dəniz Məlumat Mərkəzi: Hörmüz boğazının güney marşrutu gəmilər üçün açıq qalır

Birgə Dəniz Məlumat Mərkəzi (JMIC) bazar ertəsi yaydığı bildirişdə Hörmüz boğazının güney marşrutunun kommersiya gəmilərinin hərəkəti üçün açıq qaldığını, lakin bölgədə dəniz təhlükəsizliyi ilə bağlı risk səviyyəsinin hələ də “yüksək” olduğunu bildirib.

Gunaz.tv

Məlumatda qeyd olunub ki, dənizçilər hərbi dəniz qüvvələri tərəfindən edilə biləcək çağırışlara hazır olmalı, həmçinin ənənəvi gəmi hərəkəti ayırma zolağında mina təhlükəsi olan əraziləri nəzərə almalıdırlar.

Bildirişə əsasən, gəmilər AIS (Avtomatik İdentifikasiya Sistemi) aktiv vəziyyətdə, radarlar işlək, naviqasiya işıqları yanılı və rabitədən normal qaydada istifadə etməklə gecə-gündüz güney marşrutu ilə hərəkət edə bilərlər.

JMIC həmçinin gəmilərə təhlükəsiz keçid marşrutları barədə məlumat almaq üçün ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz koordinasiya qurumları ilə əlaqə saxlamalarını tövsiyə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar