SON XƏBƏRLƏR

Ynet: İsrail İranla bağlı təhlükəsizlik müşavirəsi keçirəcək

2026.07.08, 19:45
Ynet: İsrail İranla bağlı təhlükəsizlik müşavirəsi keçirəcək

İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats çərşənbə axşamı axşam saatlarında keçirilməsi planlaşdırılan hərbi mərasimdə iştiraklarını ləğv edərək təhlükəsizlik müşavirəsi keçirmək qərarına gəliblər.

Gunaz.tv

Bu barədə Ynet məlumat yayıb.

Qərar Fars körfəzində baş verən zərbələrdən və ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsin faktiki olaraq başa çatdığını bildirməsi, həmçinin Tehrana qarşı yeni zərbələrin mümkünlüyü barədə xəbərdarlıq etməsindən sonra qəbul edilib.

İsrailli rəsmilər hazırda genişmiqyaslı müharibə gözləmədiklərini bildiriblər. Onların fikrincə, Tehran üzərində əsas təzyiq vasitəsi iqtisadi sanksiyalar olaraq qalır.

Məlumata görə, müşavirədə əsas müzakirə mövzusu İsraillə ABŞ arasında imzalanmış anlaşma memorandumu olsa da, İranla bağlı vəziyyətin də gündəliyə daxil ediləcəyi gözlənilir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar