Bu barədə The Hill nəşri məlumat yayıb.
Koalisiya Senat rəhbərliyinə və Senatın Silahlı Qüvvələr Komitəsinin hər iki partiyanı təmsil edən rəhbərlərinə məktub göndərərək "İran İnsan Hüquqları, İnternet Azadlığı və Hesabatlılıq Aktı" (Iran Human Rights, Internet Freedom, and Accountability Act) və FREEDOM Aktı (Feasibility Review of Emerging Equipment for Digital Open Media Act) adlı qanun layihələrini dəstəklədiyini bildirib.
Məktubda deyilir:
"İnternetin dayandırılması rejimin ən güclü repressiya vasitələrindən birinə çevrilib. Bu, zorakılığın, kütləvi həbslərin və ağır insan hüquqları pozuntularının həyata keçirilməsini asanlaşdırır, eyni zamanda iranlıların bir-biri və xarici dünya ilə əlaqə saxlamasının qarşısını alır."
C