SON XƏBƏRLƏR

 İranla danışıqların nəticəsi yaxın saatlarda məlum olacaq - Tramp

2026.08.05, 09:19
 İranla danışıqların nəticəsi yaxın saatlarda məlum olacaq - Tramp

Vaşinqton və Tehran arasındakı danışıqların nəticələri yaxın 48 saat ərzində məlum ola bilər.

Gunaz.tv

Bu barədə Amerika Prezidenti jurnalistlərə avqustun 5-də Hörmüz boğazının açılma ehtimalı ilə bağlı xəbərləri şərh edərkən bildirib.

"Biz çox yaxşı irəliləyirik. Nəticələr barədə 48 saat ərzində öyrənəcəyik. Bu, sabah və ya birigün baş verə bilər. Əhəmiyyətli irəliləyiş əldə olunub", - Tramp Los-Ancelesdən uçuşdan əvvəl deyib.

Qeyd edək ki, daha əvvəl "Axios" portalı mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ çərşənbə günü Hörmüz boğazının açılması məsələsi ilə bağlı İran və Omanla müvəqqəti razılaşmalar əldə olunduğunu elan etməyə hazırlaşır.

GünAZTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar