SON XƏBƏRLƏR

Təbrizdə əczaçılar etiraz aksiyası keçirdilər

2026.08.09, 09:53
Təbrizdə əczaçılar etiraz aksiyası keçirdilər

Bir qrup təbrizli əczaçı Şərqi Azərbaycan Səhiyyə Sığortası Baş İdarəsi qarşısında etiraz aksiyası keçirib.

Gunaz.tv

Bu barədə onlar sosial media şəbəkəsində paylaşım ediblər.

Onlar apteklərin tələblərinin ödənilməsində bir neçə aylıq gecikməyə etiraz edərək, ödənilməmiş tələblərin bir hissəsinin dərhal ödənilməsini və qalan hissəsinin ödənilməsi üçün konkret bir cədvəlin elan olunmasını tələb ediblər.

Əyalət əczaçıları assosiasiyasının katibi Ehsan Radinmehr apteklərin maliyyə problemlərinə toxunaraq, insanları lazımi dərmanlarla təmin etməklə yanaşı, işçilərin maaşları, vergilər, sığorta və paylayıcı şirkətlərə borclar kimi xərclərlə də üzləşdiklərini və tələblərin ödənilməsində davam edən gecikmənin onların fəaliyyətini çətinləşdirdiyini bildirib.

O, həmçinin bu vəziyyətin davam etməsinin vətəndaşlara dərman təminatı prosesini poza biləcəyi barədə xəbərdarlıq edi və əczaçıların artıq şifahi vədlərlə kifayətlənməyəcəyini vurğulayaraq tələblərin ödənilmə vaxtı və məbləğinin dəqiq elan edilməsini istəyib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar