SON XƏBƏRLƏR

Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək

2026.08.20, 19:27
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək

ABŞ-ın maliyyə naziri Skott Bessent CNBC-yə müsahibəsində bildirib ki, ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək.

Gunaz.tv

Bessent bildirib ki, ABŞ bazar ertəsi İranla bağlı görüləcək tədbirləri, o cümlədən koordinasiya olunmuş iqtisadi təcridi müzakirə etmək üçün mətbuat konfransı keçirəcək.

Bessent deyib ki, Tehranla biznes əlaqələrini davam etdirən ölkələr ABŞ-ın sanksiya tədbirləri ilə üzləşəcəklər.

Tədbirlərin Çinə də şamil olunub-olunmayacağı soruşulduqda Bessent belə cavab verib: “Bəzi söhbətləri məxfi saxlamaq daha yaxşıdır.”

O əlavə edib ki, “Çin də daxil olmaqla hər kəsin” Hörmüz boğazının yenidən açılmasını istədiyinə əmindir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar