SON XƏBƏRLƏR

Ermənistan və İran dizel yanacağı və mayeləşdirilmiş qazın tədarükünü müzakirə ediblər

2026.08.25, 14:53
Ermənistan və İran dizel yanacağı və mayeləşdirilmiş qazın tədarükünü müzakirə ediblər

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan və İranın Ermənistandakı səfiri Xəlil Şirqolami görüş zamanı dizel yanacağı və mayeləşdirilmiş qazın uzunmüddətli tədarükü perspektivlərini müzakirə ediblər.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, tərəflər Ermənistan-İran iqtisadi əməkdaşlığının inkişafını, əmtəə dövriyyəsinin və investisiyaların, infrastrukturun və işgüzar əlaqələrin genişləndirilməsini müzakirə ediblər.

Papoyan Ermənistan məhsullarının İran bazarında mövcudluğunun genişləndirilməsi və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran arasındakı azad ticarət sazişinin imkanlarından daha səmərəli istifadə edilməsi məsələsinə toxunub.

Tərəflər ayrıca olaraq energetika və logistika sahələrində əməkdaşlığı, o cümlədən dizel yanacağı və mayeləşdirilmiş qazın uzunmüddətli tədarükünü müzakirə ediblər.

Papoyan bir neçə istiqamətdə, o cümlədən ticarət və Ermənistan ixracı, birgə istehsal və investisiyalar, energetika və logistika, eləcə də sərhəd prosedurlarının təkmilləşdirilməsi üzrə qarşılıqlı fəaliyyəti genişləndirməyi təklif edib.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar