Sözçünün dediklərinə görə, Münir Pakistanın davam edən vasitəçilik səyləri çərçivəsində bu həftənin əvvəlində Tehrana səfər edib. O əlavə edib ki, İran rəhbərliyi Vaşinqton və Tehran arasındakı fikir ayrılıqlarının aradan qaldırılmasına kömək etmək üçün İslamabadın rolunu müsbət qarşılayıb.
“İran rəhbərliyi Pakistanın gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylərini yüksək qiymətləndirib”, – sözçü bildirib.
Nazirlik Münirin ABŞ Prezidenti Donald Trampın və ya Birləşmiş Ştatların nümayəndəsi kimi İrana səfər etdiyi barədə məlumatları rədd edib.
“Bəzi dairələrin Ordu Baş Qərargah rəisinin və Müdafiə Qüvvələrinin başçısının Prezident Trampın və ya ABŞ-ın nümayəndəsi kimi İrana səfər etdiyi barədə iddiaları yanıltıcı və faktlara uyğun deyil”, – sözçü bildirib və əlavə edib ki, səfər “tamamilə Pakistanın davam edən vasitəçilik rolu kontekstində və fonunda” həyata keçirilib.
C