SON XƏBƏRLƏR

Meta İranda fəaliyyət göstərən və özünü ABŞ-da yaşayan fəal və tələbə kimi göstərən saxta hesabları silib

2026.08.28, 13:25
Meta İranda fəaliyyət göstərən və özünü ABŞ-da yaşayan fəal və tələbə kimi göstərən saxta hesabları silib

Meta İranda fəaliyyət göstərən Facebook və Instagram hesablarından ibarət şəbəkəni silib.

Gunaz.tv

"Axios"un məlumatına görə, bu hesablar ABŞ siyasəti ilə bağlı məzmunlar yayaraq amerikalı auditoriyanı hədəfə almaq üçün süni intellektdən istifadə edib.

Bu layihə minlərlə izləyici toplamağı bacarıb və daha real görünmək üçün özlərini adi amerikalılar kimi təqdim edən hesabları əhatə edib.

Meta-nın məlumatına görə, bu hesabların idarəçiləri əsasən Respublikaçılar əleyhinə mövqeləri əks etdirən memlər, həmçinin İsrail-Fələstin münaqişəsi və miqrasiya ilə bağlı məzmunlar yayıblar.

"Meta"nın sözçüsü "Axios"a bildirib ki, şirkət bu əməliyyatla bağlı məlumatları ABŞ hüquq-mühafizə orqanları ilə bölüşüb.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar