SON XƏBƏRLƏR

Rusiya Hörmüz boğazından keçid haqqı alınmasına qarşıdır

2026.08.28, 19:32
Rusiya Hörmüz boğazından keçid haqqı alınmasına qarşıdır

Gunaz.tv

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Hörmüz boğazından keçən gəmilərdən haqq alınmasını dəstəkləmədiyini bildirib.

Gunaz TV xəbər verir ki, Lavrov Hörmüz boğazının tam açılması və gəmilərin keçidi ilə bağlı məsələlərin əlavə danışıqlara ehtiyacı olduğunu deyib.

Lavrov bildirib ki, İran boğazın tam açılması müqabilində ABŞ-ın tətbiq etdiyi sanksiyaların azaldılmasını və ya ləğv edilməsini istəyir. Onun sözlərinə görə, bu məsələ danışıqlar yolu ilə həll olunmalıdır.

ABŞ prezidenti Donald Tramp isə daha əvvəl Rusiyanın Hörmüz boğazı ilə bağlı «düzgün davrandığını» bildirmişdi.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar