SON XƏBƏRLƏR

Venesuelada dövlət çevrilişinin qarşısı alınıb

2021.10.20, 07:36
Venesuelada dövlət çevrilişinin qarşısı alınıb

Gunaz.tv
Venesuelada dövlət çevrilişinin qarşısı alınıb Uqo Çaves Milli Qvardiyanın iki kapitanını həbs edib Venesuela prezidenti Uqo Çaves Milli Qvardiyanın iki kapitanının həbs edildiyini bəyan edib. "Associated Press" agentliyinin yaydığı məlumata görə, onlar hökumətə qarşı sui-qəsddə və U.Çavesin özünə qarşı destablizasiya planlarının hazırlanmasında ittiham edilirlər. Prezident elan edib ki, dövlət çevrilişinin hazırlığında müxalifət nümayəndələri və Karakasda terror aktları həyata keçirməkdə ittiham olunan hərbçilər iştirak ediblər. İddiaya görə, həbs edilən hərbçilər Xose Antonio Kolina və Qerman Rodolfo Varela 2003-cü ilin fevralında Venesueladakı İspaniya səfirliyində və Kolumbiya konsulluğunda bomba partlatmaqda ittiham olunurlar. Bundan əlavə, Kolina və Varela 2002-ci ildə dövlət çevrilişi cəhdindən sonra başlayan hökumət əleyhinə mitinqlərdə də aktiv iştirak ediblər. Hərbçilər 2003-cü ildə ABŞ-dan siyasi sığınacaq istəyəndən sonra Mayaminin Miqrasiya İdarəsi tərəfindən tutulublar. Venesuela onların ekstradisiyasını tələb etsə də, ABŞ hökuməti hərbçilərin işgəncəyə məruz qala biləcəyini bəhanə edərək onları təhvil verməkdən imtina etmişdi. İndi məlum olub ki, həmin şəxslər yenidən Venesulaya qayıdıbmış.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar