SON XƏBƏRLƏR

“ERGENEKON” İŞİNİN QURAMA OLDUĞU TƏSDİQLƏNİR

2021.10.20, 07:36
“ERGENEKON” İŞİNİN QURAMA OLDUĞU TƏSDİQLƏNİR

Gunaz.tv
“ERGENEKON” İŞİNİN QURAMA OLDUĞU TƏSDİQLƏNİR Məhkəmə qərarı göstərir ki, ordu generalını dəlil-sübutsuz 220 gün həbsdə saxlayıblar 2275.jpg Türkiyədə İstanbul ağır cinayətlər məhkəməsinin çıxardığı qərar “Ergenekon” işinin qurama və siyasi məqsədli olduğu haqda şübhələri daha da gücləndirib. Xəbər verildiyi kimi, məhkəmə istefada olan ordu generalı, Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı Xurşud Tolonun azadlığa buraxılması haqda qərar verib. Tolon bir neçə həftədir ki, Gülhanə Hərbi Tibb Akademiyasında müalicə olunurdu və onun səhhətində problem yaranmışdı. Əvvəlcə belə güman olunurdu ki, məhkəmə onu səhhətində yaranmış problemlərə görə azad edib. Lakin qərarın mətbuatda yayılan tam mətnindən generalın əslində heç bir tutarlı dəlil olmadan 220 gündür həbsdə saxlanıldığı üzə çıxır. Məhkəmə qərarında deyilir ki, Tolonun həbsi üçün onun “Ergenekon”çu hesab edilən şəxslərlə telefon danışıqları və evində aşkar edilən məxfi sənəd əsas göstərilib. Ancaq məhkəmə üzə çıxarıb ki, sözügedən sənəd heç bir məxfilik daşımır, sənəd əvvəllər Türkiyədə nəşr edilən “Aksiyon” adlı jurnalda çap edilib, Tolonun evində tapılan isə sənədin jurnaldan köçürülmüş kserokopiyasıdır. Həmçinin məhkəmə bu qənaətə gəlib ki, Tolonun gizli qeyd edilən telefon danışıqları onun mütəşəkkil cinayətkar qruplaşma və terror təşkilatı olaraq təqdim edilən “Ergenekon”un iddia edilən aksiyaları ilə hansısa birbaşa bağlantısının olmasına dəlalət etmir. Məhkəmə Tolonun həbsi üçün əsas kimi göstərilən digər dəlillərlə bağlı araşdırma aparılması üçün onun ölkəni tərk etməsinə qadağa qoyur. Qərarı şərh edən hüquqşünaslar qeyd edirlər ki, məhkəmə generalın heç bir ciddi əsas olmadan həbsdə saxlanıldığını təsdiq edir və dəlil kimi göstərilən sənədlər, telefon danışıqları əsasında ona qarşı cinayət işinin açılması mümkün deyil. Qeyd edək ki, Tolon ötən il istefada olan ordu generalı Şener Eruyğur və digər tanınmış şəxslərlə birlikdə həbs edilmişdi. Eruyğur ötən ilin sonlarında koma vəziyyətində həsbdən buraxılıb. Fərhad MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar