SON XƏBƏRLƏR

Azərbaycan güləşçiləri beynəlxalq turnirdə 6 medal qazanıb

2021.10.20, 07:36
Azərbaycan güləşçiləri beynəlxalq turnirdə 6 medal qazanıb

Gunaz.tv
Azərbaycan güləşçiləri beynəlxalq turnirdə 6 medal qazanıb gulesh_ankara_turniri_.jpg Güləşçilər medalları Ankarada Yaşar Doğunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin ilk günündə əldə ediblər Türkiyənin Ankara şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst və qadın güləşi üzrə beynəlxalq turnir start götürüb. Azərbaycan güləşçiləri yarışın ilk günündə 1 qızıl, 2 gümüş, 3 bürünc medal qazanıblar. Kişi güləşçilərin yarışında 66 kq çəki dərəcəsində çıxış edən Cəbrayıl Həsənov bürünc, 84 kq çəkidə Nauruz Temrezov gümüş, 120 kq çəki dərəcəsində isə Mixail Qazzayev bürünc medal qazanıb. Qadın güləşçilərin yarışında isə 48 kq çəkidə mübarizə aparan Əminə Abbasova və 55 kq çəkidə Nadya Qradyuk bürünc, 53 kq çəkidə çıxış edən Ramula Olesya isə qızıl medal qazanıb. Qeyd edək ki, Ankara beynəlxalq turnirində bu gün kişilər arasında 60,74,96 kq çəkidə, qadınlarda isə 51,59,67 və 72 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Elvin Rəsul/ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar