SON XƏBƏRLƏR

Avstraliyada meşə yanğınlarının qurbanlarının sayı 128 nəfərə çatıb

2021.10.20, 07:36
Avstraliyada meşə yanğınlarının qurbanlarının sayı 128 nəfərə çatıb

Gunaz.tv
Avstraliyada meşə yanğınlarının qurbanlarının sayı 128 nəfərə çatıb yangin-meshe_09_02_09.jpg Alovlar 750 evə ziyan vurub Avstraliyanın Yeni Cənubi Uels və Viktoriya ştatlarındakı meşə yanğınları nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb. Bu barədə məlumatı Associated Press agentliyi yerli polisə istinadən yayıb. Alovlar 750 evə ziyan vurub. Xəsarət alanların və dağıntıların artması istisna edilmir. Xatırladaq ki, meşə yanğınları fevralın 7-də başlayıb. Yanğınlar səbəb rekord dərəcədə isti hava şəraitinin hökm sürməsi və küləyin sürətinin çox olmasıdır. Lakin Avstraliyanın hüquq mühafizə orqanlarının fikrincə, bəzi yanğın ocaqları qəsdən törədilib. Bu gün artıq yanğın törətməkdə təqsirləndirilən iki nəfər saxlanılıb. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar