SON XƏBƏRLƏR

ABŞ-ın vitse-prezidenti Obama administrasiyasının xarici siyasət prioritetlərini açıqlayıb

2021.10.20, 07:36
ABŞ-ın vitse-prezidenti Obama administrasiyasının xarici siyasət prioritetlərini açıqlayıb

Gunaz.tv
ABŞ-ın vitse-prezidenti Obama administrasiyasının xarici siyasət prioritetlərini açıqlayıb 2009-02-09_10546.jpg Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransında beynəlxalq auditoriya qarşısında Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden ilk dəfə olaraq Obama administrasiyasının xarici siyasət prioritetlərini açıqlayıb. Co Bayden bəyan edib ki, Amerikanın yeni administrasiyası Tehrandan qeyri-qanuni nüvə proqramına və terrorizmə dəstək olmağa son qoymağı gözləyir. Vitse-prezident Ağ evdə İranla bağlı siyasətin yenidən nəzərdən keçirildiyini desə də, Amerikanın ehtiyatı əldən verməyəcəyini qeyd edib. Bu məqsədlə Bayden bəyan edib ki, ABŞ İranın atdığı addımlara qarşı mübarizə aparmaq üçün özünün raketdən müdafiə texnologiyasını daha da inkişaf etdirəcək. Odur ki, ölkəsi NATO və Rusiya ilə məsləhətləşmələr apardıqdan sonra Şərqi Avropada raketdən müdafiə sistemi qurmağa başlayacaq. Ancaq Ağ ev təmsilçisi bunun nə vaxt baş verəcəyini söyləməyib. Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Havyer Solana isə Bayden öz çıxışında Birləşmiş Ştatların raketdən müdafiə planları üçün dəqiq tarix deməsə də, çox mühüm problemlərə toxunduğunu bildirib. «Bayden fikirlərini açıq-aşkar bildirdi. Lakin bu gün tarix demək günü deyil, ideyalar,yanaşmalar vermək və öhdəliklər götürmək günüdür». Qeyd edək ki, İran dövləti nüvə proqramının sülh xarakterini daşıdığını və başqa ölkəyə qarşı yönəlmədiyini bildirir. Bayden əlavə edib ki, Avropa dövlətləri birlikdə ekstremizmə qarşı mübarizə aparmalı və bu mübarizənin bir yolu kimi Quantanmo həbsxanasında saxlanılan və terrorçuluqda şübhəli bilinən bəzi məhbuslara görə məsuliyyət daşımalıdırlar. Onun sözlərinə görə, Amerikanın Kubada həbsxanada saxlanılan məhbusların taleyinə dair məsələləri həll etmək üçün də dünya dövlətlərinin köməyinə ehtiyacı var. Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer də Baydenlə razı olduğunu deyib. Bəyan edib ki, bir çox münaqişələrdə Avropa dövlətlərinin iştirakının mahiyyəti açıq-aşkar bilinməlidir

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar