SON XƏBƏRLƏR

Türkiyə xarici işlər nazirinin Bakıya rəsmi səfəri başlayır

2021.10.20, 07:36
Türkiyə xarici işlər nazirinin Bakıya rəsmi səfəri başlayır

Gunaz.tv
Türkiyə xarici işlər nazirinin Bakıya rəsmi səfəri başlayır 20080922095940babacan.jpg Türkiyənin xarici işlər naziri Əli Babacan Azərbaycan rəsmiləri ilə görüşündə Türkiyə xarici işlər nazirinin əsas müzakirə edəcəyi mövzunun Türkiyənin təşəbbüsü ilə irəli sürülən Qafqazda Əməkdaşlıq və Sabitlik Paktının olacağı bildirilir. Əli Babacan təqribən iki ay əvvəl dekabrın1-də Bakıya səfəri zamanı apardığı müzakirələri davam etdirməyi planlaşdırır. Bundan əvvəl 45-ci Münhen təhlükəsizlik konfransı çərçivəsində nazir Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb. Keçirilən görüşlərdə əsas məqsədin münasibətlərin normallaşdırılması olduğunu bildirən Əli Babacan Ermənistanla Azərbaycan və Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin tam normallaşmasından sonra bölgədə vəziyyətin daha fərqli olacağını deyib. Əli Babacan bölgədə əldə olunacaq sülhün bütün tərəflərə böyük üstünlüklər qazandıracağını bildirib. Ermənistan prezidenti Serj Sarkisyan isə Türkiyə prezidenti Abdulla Gülün keçən il Yerevana səfərinin əhəmiyyətli hadisə olduğunu deyib. Azərbaycanda isə Türkiyənin Azərbaycan-Ermənistan-Türkiyə münasibətlərində yeni səhifə açacağı barədə deyilənlərə bir qədər laqeyd yanaşırlar. Politoloq Rasim Musabəyov bildirir ki, əgər Babacan Azərbaycanı hansısa güzəştlərə sövq edəcəksə, onda təşəbbüsün hansısa bir nəticəyə gətirəcəyinə inanmaq mümkün deyil. Türkiyəli nazirlə görüşündə Serj Sarkisyan Cənubi Qafqazın alternativ nəqliyyat yolu kimi önəm qazanması üçün bölgədə bütün dövlətlərlə iş birliyini inkişaf etdirmək istədiklərini və keçmişdə yaşanmış acı hadisələrdən dərs alınmalı olduğunu deyib. Lakin politoloq Rasim Musabəyovun fikrincə, Azərbaycan rəsmiləri bu vaxta qədər səsləndirdikləri bəyanatlarla iş birliyi məsələlərinə o qədər də sadə yanaşmadıqlarını nümayiş etdiriblər. Əli Babacan Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar