SON XƏBƏRLƏR

Bir İsrail əsgərinin əvəzində 1000 fələstinli azad ediləcək

2021.10.20, 07:36
Bir İsrail əsgərinin əvəzində 1000 fələstinli azad ediləcək

Gunaz.tv
Bir İsrail əsgərinin əvəzində 1000 fələstinli azad ediləcək 2009-02-09_10567.jpg Azad ediləcək fələstinlilərin arasında “Fəth” lideri Mərvan Barquti də var HƏMAS-ın əsir götürdüyü İsrailli əsgər Gilad Şalitin qaytarılması üçün ilkin razılaşma əldə olunub. PRESSPOST-un məlumatına görə, bu barədə Londonda ərəbcə nəşr olunan Əl-Həyat qəzeti yazıb. Türkiyənin də ciddi vasitəçilik səyləri göstərdiyi bu məsələdə anlaşma maraqlı şərtlərlə baş tutub. Belə ki, İsrail, Giladın geri qaytarılmasının əvəzində aralarında “Fəth” lideri Mərvan Barqutinin də olduğu 1000 fələstinlini verməyə hazırdır. Ancaq qəzet yazır ki, İsrail Fələstin Qurtuluş Cəbhəsinin lideri Əhməd Səadəti geri verməkdən imtina edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar